Bank Of Baku

Çelyabinsk vilayətinin Diyarşünaslıq muzeyinin direktoru Azərbaycanda səfərdədir

Çelyabinsk vilayətinin Diyarşünaslıq muzeyinin direktoru Azərbaycanda səfərdədir
# 15 iyul 2011 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Çelyabinsk vilayətinin Diyarşünaslıq muzeyinin direktoru V.İ.Boqdanovski Azərbaycanda səfərdədir. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən yaydığı xəbərə görə, V.İ.Boqdanovski bir həftəlik səfər müddətində Bakı şəhərində, o cümlədən Azərbaycanın bir çox rayonlarında - Şəki, Quba, Qusar, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllıda olacaq. V.İ.Boqdanovski bölgələrin turizm məkanlarını gəzib, orada yerləşən tarixi və mədəniyyət abidələri ilə tanış olacaq.

Məlumatda bildirilib ki, V.İ.Boqdanovski lentə aldığı bu fotoşəkilləri sentyabr ayında Çelyabinsk şəhərində keçiriləcək Şəhər günü çərçivəsində təşkil olunacaq fotosərgidə nümayiş etdirəcək.

Xatırladaq ki, 2010-cu il müddətində Azərbaycandan olan nümayəndə heyəti Rusiya Federasiyasının Çelyabinsk şəhərində keçirilən “Cənubi Ural və Azərbaycan xalqlarının dostluq dekadası”nda iştirakı çərçivəsində Çelyabinsk vilayətinin Diyarşünaslıq muzeyinə dəvət olunub və qarşılıqlı olaraq muzeyin direktoru V.İ.Boqdanovskini Azərbaycana dəvət edib. Dekada müddətində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Çelyabinsk vilayətinin Mədəniyyət Nazirliyi arasında 2011-2012-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanan memorandumda mədəniyyət, ədəbiyyat və incəsənət haqqında əməkdaşlığın genişlənməsi və dərinləşməsindən bəhs olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR