Bank Of Baku

Rumıniyalı qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğunda olub

Rumıniyalı qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğunda olub
# 15 iyul 2011 14:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda səfərdə olan Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanunun başçılıq etdiyi Rumıniyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. APA-nın xəbərinə görə, qonaqlara Qobustanın tarixi haqqında geniş məlumatlar verilib.

Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, 4 min hektardan artıq ərazidə yerləşən dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Qədim insan məskəni ilə tanışlıqdan razı qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla da tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR