Bank Of Baku

Qənirə Paşayeva Türkiyədə keçirilən Dədə Qorqud Festivalında cixiş edib – FOTOSESSİYA

Qənirə Paşayeva Türkiyədə keçirilən Dədə Qorqud Festivalında cixiş edib – <font color=red>FOTOSESSİYA </font>
# 18 iyul 2011 09:16 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Bayburt şəhərində 17-ci Beynəlxalq “Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı”nın açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasim türk dünyasının müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin Masat kəndindəki Dədə Qorqud türbəsinə ziyarəti ilə başlayıb. Azərbaycanı festivalda millət vəkili Qənirə Paşayeva və Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal təmsil edir. Q. Paşayeva açılışda çıxış edib.

Festivalın növbəti proqramı ümumxalq yürüşü olub. Yürüş bitdikdən sonra geniş konsert proqramı keçirilib. Konsertdə Azərbaycandan, Bosniyadan, Kosovodan, Gürcüstandan, Elazığdan gələn rəqs ansamblları çıxış edib. Konsertin yekununda türk birliyini simvolizə edən hava şarlarının uçurulması mərasimi keçirilib və bu mərasimin icrası Bayburt valisi Kərəm Al tərəfindən Qənirə Paşayevaya həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR