Bank Of Baku

Türkiyədə keçirilən Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalı başa çatıb - FOTO

Türkiyədə keçirilən Dədə Qorqud  Beynəlxalq Mədəniyyət və Sənət Festivalı başa çatıb - <font color=red>FOTO</font>
# 20 iyul 2011 09:10 (UTC +04:00)
Bakı - APA. Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən 17-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalında iştirakı çərçivəsində Türk Dünyası Yazarlar Birliyinin sədri Yahya Akengin, Türkiyənin məşhur araşdırmaçı yazarı Abdulla Satoğlu və Türk dünyasının müxtəlif bölgələrindən gələn yazarlar, şairlər və digər təmsilçilərlə görüşüb. APA-nın xəbərinə görə, görüşlər zamanı millət vəkili onlara Azərbaycanın tarixi, ədəbiyyatı, həqiqətləri, xüsusilə erməni işğalı ilə bağlı geniş məlumatlar verib.

Dədə Qorqud festivalı ilə bağlı bölgənin mərkəzi meydanında təşkil olunmuş böyük konsert proqramında Azərbaycanın festivalda iştirakı xüsusi vurğulanıb və minlərlə insan Azərbaycanı alqışlayıb. Daha sonra Bayburtun tarixi yerlərinə - Bayburt qalasına, Bamsı Beyrək məzarına, Bayburt mağarasına ziyarətlər təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR