Bank Of Baku

Qarabağ müharibəsində girov götürülmüş azyaşlı azərbaycanlı uşaqlar haqqında sənədli filmin çəkilişlərinə başlanıb – FOTO

Qarabağ müharibəsində girov götürülmüş azyaşlı azərbaycanlı uşaqlar haqqında sənədli filmin çəkilişlərinə başlanıb – <font color=red>FOTO </font>
# 20 iyul 2011 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Gənclərin töhvəsi” İctimai Birliyi və Elmi Araşdırmalar İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qarabağ müharibəsində girov götürülmüş azyaşlı uşaqlar haqqında sənədli filmin çəkilişlərinə başlanılıb. Filmin rejissoru Tahir Əliyevin APA-ya verdiyi məlumata görə, film “Nova Qoritsa” Kino Mərkəzində istehsal olunacaq. Filmin Yevlax, Bərdə, Mingəçevir, Şəki rayonlarında çəkilişləri aparılıb, ailələrlə görüşülüb və lazımi materiallar götürülüb. T. Əliyev deyib ki, sentyabra kimi filmin təhvil verilməsi nəzərdə tutulur. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllif Aygün Həsənoğlu, operatoru Yaqub Mətləbov, prodüseri Nicat Hüseynovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR