Bank Of Baku

Ermənilər Üzeyir Hacıbəylinin musiqilərinə dadanıb

Ermənilər Üzeyir Hacıbəylinin musiqilərinə dadanıb
# 21 iyul 2011 12:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. İyulun 18-də Gürcüstan paytaxtında başlayan “Qafqaz ulduzları” adlı beynəlxalq forumda ermənilər Azərbaycan musiqisini erməni musiqisi adı altında təqdim ediblər. Bu barədə APA-nın Gürcüstan bürosuna Tiflisdə fəaliyyət göstərən “Ceyran” folklor rəqs ansamblının rəhbəri Ceyran Qurbanova məlumat verib. O bildirib ki, Ermənistandan gələn “Araks”, “Axpur” və “Arka” ansamblları ayrı-ayrılıqda canlı olaraq “O olmasın, bu olsun” musiqili komediyasının hamam səhnəsində ifa olunan mahnını ifa ediblər: “Mən bu təxribat barədə forum rəhbərlərinə məlumat verdim. Lakin mənim səsimi eşidən olmadı”.

C. Qurbanova Tiflisdə yaşayan ermənilərin də “Ceyran” adlı folklor rəqs ansamblının olduğunu açıqlayıb. C. Qurbanova bu ansamblın da forumda “O olmasın, bu olsun”dan musiqi fraqmentlərini (“Gedin, gedin, qazıya deyin..”) ifa etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, forum Gürcüstanın “Cadosnuri xmebi” (“Möcüzəli səslər”) adlı prodüser şirkəti, “Qvirila” Uşaq Fondu, “Start Travel” adlı turizm şirkəti, Tiflis meriyası və bir Ermənistan şirkətinin təşkilatçılığı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR