Bank Of Baku

İsveçrəli musiqiçilər Bakıda çıxış edəcəklər – FOTO

İsveçrəli musiqiçilər Bakıda çıxış edəcəklər – <font color=red>FOTO </font>
# 21 iyul 2011 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyulun 31-də Bakıda isveçrəli musiqiçilərin konserti keçiriləcək. Konsert İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan Mədəniyyət Birliyi olan “Kapellhaus”da baş tutacaq. Birlikdən APA-ya verilən məlumata görə, konsert İsveçrənin milli bayramına həsr ediləcək və iki musiqiçinin İsveçrənin qədim milli musiqi aləti olan alfronda ifası nümayiş olunacaq.

Konsertə giriş pulsuzdur və ümumilikdə 150 tamaşaçı bu ifanı izləyə biləcək. Konsertdən bir gün əvvəl isə musiqiçilər Qız Qalasının qarşısında Bakı sakinlərini İsveçrənin ənənəvi musiqisi ilə tanış edəcəklər.

Qeyd edək ki, alfron musiqi aləti ağacdan düzəldilir və zurna formasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR