Bank Of Baku

İçərişəhərdə tapılmış müxtəlif dövrlərə aid sikkələr haqqında kataloq buraxılıb

İçərişəhərdə tapılmış müxtəlif dövrlərə aid sikkələr haqqında kataloq buraxılıb
# 23 iyul 2011 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 22 iyul - Milli Mətbuat Günü münasibətilə yerli KİV nümayəndələri üçün İçərişəhərdə gəzinti təşkil edib. APA-nın məlumatına görə, idarənin rəis köməkçisi Elnur Əliyevin də iştirak etdiyi gəzintidə jurnalistlər İçərişəhərdə aparılan abadlıq işləri ilə tanış olublar. Hazırda bərpa olunan Qala divarları, yeni istifadəyə verilmiş Numizmatika Muzeyi və Qız Qalasında aparılan bərpa və konservasiya işləri haqqında məlumatlar verilib.

Elnur Əliyev bildirib ki, bu günlərdə İçərişəhər Tarix Muzeyinin kataloqu işıq üzü görüb. Üç dildə hazırlanan bu kataloqda İçərişəhərdə tapılmış müxtəlif dövrlərə aid sikkələrin fotoları yer alıb. Azərbaycanın elm tarixində ilk dəfə olaraq məhz bu muzeyin materialları dünyada qəbul edilmiş inventar sayına uyğun kataloq şəklində öz əksini tapır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR