Bank Of Baku

Röya Tağıyevanın macar dilində çap edilmiş “Azərbaycan xalçası” kitabı Macarıstanda böyük maraqla qarşılanıb

Röya Tağıyevanın macar dilində çap edilmiş “Azərbaycan xalçası” kitabı Macarıstanda böyük maraqla qarşılanıb
# 25 iyul 2011 13:31 (UTC +04:00)
Bakı – APA. Lətif Kərimov adına Azərbaycan Dövlət Xalçaçılıq və Tətbiqi Sənət Muzeyinin direktoru Röya Tağıyevanın Azərbaycanın Budapeştdəki səfirliyinin təşəbbüsü ilə macar dilində çap edilmiş “Azərbaycan xalçası” kitabı bu ölkənin mədəni ictimaiyyəti və sənət adamları tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Macarıstanın milli sərvətlər naziri Mikloş Retele səfir Vilayət Quliyevə göndərdiyi məktubda son dərəcə nəfis şəkildə çap olunmuş kitabın dünya tətbiqi sənətinin özünəməxsus nümunələrindən biri olan Azərbaycan xalçasını tanıtmaq və təbliğ etmək baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Məktubda eyni zamanda Azərbaycan xalçasının qədim tarixinə, zəngin texnologiyasına və dünya mədəni irsindəki yerinə də diqqət yetirilib.

Xatırladaq ki, “Azərbaycan xalçası” kitabı bu yaxınlarda 1000 nüsxə tirajla Budapeştin rəssamlıq və sənət əsərlərinin çapı üzrə ixtisaslaşan “Korvina” nəşriyyatında işıq üzü görüb. Hazırda səfirlik Azərbaycan və Macarıstan mütəxəssislərinin birgə iştirakı ilə Macarıstan tətbiqi sənət muzeyində saxlanan XVI əsrə aid Azərbaycan xalçalarının identifikasiyası və bərpası ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində iş aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR