Bank Of Baku

Rumıniyanın mədəniyyət və milli irs naziri Azərbaycana gələcək

Rumıniyanın mədəniyyət və milli irs naziri Azərbaycana gələcək
# 25 iyul 2011 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen Azərbaycana səfər edəcək. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, rumıniyalı nazirin səfəri 28-31 iyul tarixlərində gerçəkləşəcək. O, azərbaycanlı həmkarı Əbülfəs Qarayev tərəfindən qəbul olunacaq. Görüş zamanı Azərbaycanla Rumıniya arasında mədəniyyət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, dinamik inkişafı, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və digər mövzular müzakirə olunacaq, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Nazirin səfər çərçivəsində Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməsi, İncəsənət Muzeyinə baxış keçirməsi, İçərişəhər Dövlət Qoruğu ilə tanış olması, Qəbələ Beynəlxalq Musiqi Festivalında qonaq qismində iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR