Bank Of Baku

Naxçıvan Muxtar Respublikasında mövcud olan türbələrin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair işlər aparılır

Naxçıvan Muxtar Respublikasında mövcud olan türbələrin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair işlər aparılır
# 25 iyul 2011 15:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Naxçıvan Muxtar Respublikasında mövcud olan türbələrin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair işlər aparılır. APA-nın məlumatına görə, bununla bağlı məsələ Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq olunmuş Tədbirlər Planında xüsusi bənd kimi qeyd olunub. “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il və “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” dövlət başçısının eyni ildə imzaladığı sərəncamlarının icrasının başa çatdırılması, Azərbaycanın tarix-mədəniyyət obyektlərinin, qoruqların, tarixi əhəmiyyət kəsb edən arxeoloji ərazilərin xəritələrinin hazırlanması və ərazilərin genişləndirilməsinə ehtiyac olduğu təqdirdə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun torpaqların ayrılması, Respublikanın ərazisində turizm və nümayiş obyektlərinə (tarix və mədəniyyət qoruqlarına və xüsusi əhəmiyyətli abidələrə) gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulması da Tədbirlər Planında görülməsi nəzərdə tutulan işlər arasında göstərilib.

Eyni zamanda Bakı-Qazax turizm marşrutunda yerləşən Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin bərpası, Bakı-Balakən turizm marşrutunda yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin və Xalq Tətbiqi Sənəti Muzeyinin təmiri və bədii tərtibatı da nəzərdə tutulur. Qəbələ rayonu, Nic kəndində alban kilsəsi, Zaqatala qalası və şəhər meydanındakı Alban abidəsi, Nic kəndində səma altında udin etnoqrafiya kompleksinin yaradılması, Şabran Tarix-Mədəniyyət Qoruğunda və Lahıc Tarix-Mədəniyyət Qoruğunda turizm xidməti infrastrukturunun yaradılması ilə əlaqədar müvafiq işlərin görülməsi də Tədbirlər Planına əlavə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR