Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Keleman: “Azərbaycanla mədəni sahədə əlaqələrin inkişafında maraqlıyıq”

Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Keleman: “Azərbaycanla mədəni sahədə əlaqələrin inkişafında maraqlıyıq”
# 29 iyul 2011 09:02 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Ə. Qarayev Rumıniya prezidentinin Azərbaycana səfərini xatırladaraq, hər iki dövlətin rəhbərlərinin mədəni əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycanla Rumıniya arasında hökumətlərarası saziş mədəni əlaqələrin inkişafında yeni mərhələnin başlanmasına təkan verib. Ə. Qarayev deyib ki, böyük rumın bəstəkarı İoneskonun Bakıda heykəlinin olması Azərbaycanın rumın mədəniyyətinə münasibətinin bariz nümunəsidir. O, turizm sahəsində iki ölkə arasında əlaqələrə də toxunub: “Azərbaycanın Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın Braşov Turizm Kolleci arasında müsbət əməkdaşlıq mövcuddur. Turizm sahəsində də təcrübə mübadiləsi aparılır”.

Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen isə yüksək səviyyəli qəbula görə həmkarına təşəkkür edib və “Eurovision” yarışmasında Azərbaycanın qalib gəlməsinə görə nazir Əbülfəs Qarayevi təbrik edib. Mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını deyən H. Keleman mütəmadi birgə mədəni tədbirlərin keçiriləcəyinə əminliyini də vurğulayıb.

Sonra görüş mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR