Bank Of Baku

Türkiyədə “XIV TÜRKSOY Rəssamlar Görüşü” keçirilir

Türkiyədə “XIV TÜRKSOY Rəssamlar Görüşü” keçirilir
# 05 avqust 2011 14:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Türkiyənin Bitlis vilayətində postsovet məkanında olan türkdilli ölkələrin müstəqilliklərinin bərpa olunmasının 20 illiyi münasibətilə “XIV TÜRKSOY Rəssamlar Görüşü” başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir avqustun 25-dək davam edəcək. Rəssamların əsərləri tədbirin sonunda TÜRKSOY-a hədiyyə olunaraq, təşkilatda saxlanılacaq. Çəkilmiş rəsmlər TÜRKSOY mədəniyyət nazirləri tərəfindən qiymətləndiriləcək və birinci yerə layiq görülən əsərin sahibinə TÜRKSOY tərəfindən 3000 ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Bu il 14-cü dəfə keçirilən Rəssamlar Görüşündə Azərbaycandan rəssam Əlyar Alımirzəyev iştirak edəcək.

Qeyd edək ki, TÜRKSOY rəssamlar görüşləri 1997-ci il türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Bu sənət elçilərinin ərsəyə gətirdikləri və bu günə kimi TÜRKSOY-a təqdim etdikləri rəsm əsərlərinin sayı 700-ü keçib. Sayı ildən-ilə artan bu kolleksiyanın TÜRKSOY Rəsm Muzeyinə çevrilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR