Bank Of Baku

“Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin qızıl medalına italiyalı karikaturaçı-rəssam layiq görülüb

“Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin qızıl medalına italiyalı karikaturaçı-rəssam layiq görülüb
# 22 avqust 2011 08:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ənənəvi “Molla Nəsrəddin” – Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub. Dövlət Gömrük Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Karikatura Müsabiqəsi “Molla Nəsrəddin” satirik jurnalının 105 illiyinə həsr olunub. Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin APA-ya verdiyi məlumata görə, müsabiqəyə 63 ölkədən 307 rəssam, 670 karikatura ilə qatılıb.

“Narkotikə yox!” başlığı altında keçirilən müsabiqəyə beynəlxalq tərkibli münsiflər heyəti dəvət olunub. Münsiflər heyətinin qərarına görə, müsabiqənin qızıl medalına A. Qatto (İtaliya), gümüş medalına V. Kazanevski (Ukrayna), bürünc medalına M. Valiaxmetov (İspaniya) layiq görülüblər. Müsabiqənin xüsusi mükafatını B. Erenburq (İsrail), S. Aşmarin (Rusiya) və azərbaycanlı karikaturaçı Tural Həsənli qazanıb.

B. Hacızadə deyib ki, IV “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsi səsvermənin şəffaflığı və yüksək təşkilatçılıq işinə görə FEKO tərəfindən 5 ulduzla qiymətləndirilib. Bu dünyada keçirilən karikatura müsabiqələrinə verilən ən yüksək qiymətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR