Bank Of Baku

Azərbaycanın “Halay” folklor rəqs kollektivi Macarıstanda keçirilən beynəlxalq festivalda iştirak edib - FOTOSESSİYA

Azərbaycanın “Halay” folklor rəqs kollektivi Macarıstanda keçirilən beynəlxalq festivalda iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 22 avqust 2011 13:59 (UTC +04:00)
Bakı – APA. Avqustun 12-22-də Macarıstanın Sazhalombatta şəhərində XVIII Beynəlxalq Folklor Festivalı keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, festivala Türkiyə, Fransa, Çin, Rusiya, Kanada, Bolqarıstan, Rumıniya və digər ölkələrdən 20 rəqs kollektivi qatılıb.

Azərbaycan bu il festivala ilk dəfə qatılıb. Azərbaycanı Lətifə Mövsümovanın rəhbərliyi altında Masallı rayonunun “Halay” folklor rəqs kollektivi təmsil edib. “Halay” qrupu festival günlərində Sazhalombatta şəhəri ilə yanaşı, Tököl və Rakeve şəhərlərində də konsert verib.

Azərbaycan milli rəqsləri həm tamaşaçılar, həm də digər iştirakçı ölkələrin rəqs qruplarının üzvləri tərəfindən böyük maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR