Bank Of Baku

Azərbaycanın tanınmış rəssamı Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycanın tanınmış rəssamı Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü seçilib
# 23 avqust 2011 07:28 (UTC +04:00)
APA-nın “AzərTAC”a istinadən yaydığı xəbərə görə, bu qərar AEİA Senatının iclasında Akademiyanın nominasiyalar üzrə komitəsi tərəfindən qəbul edilib. Bununla bağlı 2012-ci il martın 13-də təntənəli plenar iclas keçiriləcək. Böyük sənətkara bu Akademiyanın üzvlük şəhadətnaməsinin həmin iclasda təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, hazırda Avropa Elm və İncəsənət Akademiyasının 1400-dən çox üzvü vardır. Onun ən məşhur üzvləri Roma Papası XVI Benedikt və 28 nəfər Nobel mükafatı laureatıdır. Akademiya Avropada fəaliyyət göstərən transmilli fənlərarası təşkilatdır.

Avropa Elm və İncəsənət Akademiyası yeddi bölmədən ibarətdir: humanitar elmlər, tibb elmləri, incəsənət, təbiət elmləri, sosial elmlər (hüquq və iqtisadiyyat da daxil olmaqla), texniki elmlər (ətraf mühitin mühafizəsi də daxil olmaqla) və dünya dinləri bölmələri. Bütün bu bölmələrdə müxtəlif layihələr həyata keçirilir, seminarlar və simpoziumlar təşkil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR