Bank Of Baku

Azərbaycanlı rejissor Yavər Rzayev Özbəkistanda keçiriləcək beynəlxalq film festivalının beynəlxalq münsif üzvü seçilib – FOTO

Azərbaycanlı rejissor Yavər Rzayev Özbəkistanda keçiriləcək beynəlxalq film festivalının beynəlxalq münsif üzvü seçilib – <font color=red>FOTO </font>
# 23 avqust 2011 10:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı rejissor Yavər Rzayev Özbəkistanda keçiriləcək beynəlxalq film festivalının beynəlxalq münsif üzvü seçilib. Bu barədə APA-ya məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə deyib ki, azərbaycanlı rejissor Daşkənd I beynəlxalq müasir kino festivalında münsif üzvlüyünə təyin olunub. Bu festivalda rejissorun təmsilçiliyini Mədəniyyət və Turizm Nazirliyi irəli sürüb. A. Sultanzadə onu da deyib ki, Azərbaycan bu festivalda filmlə də təmsil olunacaq. Məhz bunun üçün nazirliyin sözügedən şöbəsi bir neçə yerli sənədli, qısametrajlı və animasiya filmlərini festivalın təşkilat komitəsinə göndərib. Təşkilat komitəsi tərəfindən seçilən filmlər Azərbaycanı Daşkənd I beynəlxalq müasir kino festivalında təmsil etmək hüququ qazanacaq. Sözügedən festival Sovet dövründə keçirilən və yetəri qədər populyar olan Daşkənd beynəlxalq kino festivalın davamı hesab olunur. Festival Özbəkistan mədəniyyət və incəsənət forumunun təşəbbüsü ilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR