Bank Of Baku

Azərbaycan “İFLA-2011” Beynəlxalq Kitabxana Konfransında iştirak edib

Azərbaycan “İFLA-2011” Beynəlxalq Kitabxana Konfransında iştirak edib
# 23 avqust 2011 12:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Puerto-Rikoda keçirilən “İFLA-2011” Beynəlxalq Kitabxana Konfransında iştirak edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, İFLA-nın 77-ci konfransına dünyanın 140 ölkəsindən qonaqlar gəlib. Konfrans “Kitabxanalar, kitabxana olmağından daha çoxdur: inteqrasiya, innovasiya və informasiya hamı üçün” devizi altında keçirilib. Konfransın ən maraqlı tədbirlərindən biri “Biliklərə imkan açan kitabxanalar” mövzusu olub. Burada əhalini keyfiyyətli kitabxana və informasiya xidməti ilə təmin etmək, informasiyanın yeni növlərinin istifadəsi və yaradılması, informasiyanı əldə etməyin mühümlüyü və yeni biliklərin yaradılması məsələləri öz əksini tapıb. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev baş konfransda, milli kitabxanaların direktorlarının konfransında və Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasında, habelə bir sıra aktual bölmələrin işində (rəqəmsal strategiyalar üzrə İFLA-nın Alyansı, biliklərin idarə olunması bölməsi, informasiya savadlılığı bölməsi) iştirak edib.

Konfrans günlərində beynəlxalq Kitabxana Sərgi Yarmarkası təşkil olunub. Bu yarmarkada kitabxana-informasiya sahəsində tətbiq olunacaq yeni texnologiyalar, çap və elektron formada ən yeni nəşrlər sərgilənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR