Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyində 70 yaşını tamamlamış işçilər təqaüdə göndərilib və 65-69 yaş arasında olan bir neçə işçi ilə müqavilə bağlanıb

Mədəniyyət və Turizm Nazirliyində 70 yaşını tamamlamış işçilər təqaüdə göndərilib və 65-69 yaş arasında olan bir neçə işçi ilə müqavilə bağlanıb
# 23 avqust 2011 14:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyində 70 yaşını tamamlamış iki işçi təqaüdə göndərilib. Bunu APA-ya açıqlamasında nazirliyin mətbuat katibi İntiqam Hümbətov deyib. O bildirib ki, Mədəniyyət və Turizm Nazirliyində Əmək Məcəlləsi və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə uyğun tədbirlər həyata keçirilir.

İ. Hümbətov 65-69 yaş arasında olan bir neçə nəfərlə qanunun tələblərinə uyğun olaraq bir illik müqavilə bağlandığını açıqlayıb. Bölgələrdəki və yerlərdəki mədəniyyət müəssislərinə də, kitabxanalara da bununla bağlı nazirliyin müvafiq sənəd göndərdiyini söyləyən İ. Hümbətov, artıq yerlərdə də bu prosesə başlandığını vurğulayıb: “Mədəniyyət və Turizm Nazirliyinin ümumrespublika üzrə sistemində də bu proses aparılır. Yerli müəssisələrə nazirliyin nomenktlaturasında olan vəzifələrdə çalışan təqaüd yaşına çatmış işçilər barədə məlumatların rəhbərliyə təqdim olunması üçün məktublar göndərilib. Artıq siyahılar hazırlanaraq rəhbərliyə təqdim olunub”.

Mətbuat katibi onu da əlavə edib ki, ümumrespublika üzrə nazirliyin nomenklaturasına daxil olan vəzifələrdə çalışan işçilərdən 26 nəfərinin yaşı 70-dən yuxarıdır, 40 nəfəri isə 65-69 yaş arasındadır. Hazırda bunlarla bağlı siyahı hazırlanır və qanun çərçivəsində işlər görülür.

Qeyd edək ki, bu proses Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklik nəticəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR