Bank Of Baku

Portuqaliyada “Qədim Qobustan Günəş Rəsədxanası” mövzusunda elmi məruzə dinləniləcək

Portuqaliyada “Qədim Qobustan Günəş Rəsədxanası” mövzusunda elmi məruzə dinləniləcək
# 23 avqust 2011 16:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 19-24 sentyabr tarixlərində Portuqaliyanın Evora şəhərində keçiriləcək Mədəniyyətlərdə Astronomiya Avropa Cəmiyyətinin (European Society for Astronomy in Culture) konfransında Azərbaycan da təmsil olunacaq. Konfransda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Abasəli Rüstəmov “Qədim Qobustan Günəş Rəsədxanası” mövzusunda elmi məruzə ilə çıxış edəcək. Nazirlikdən APA-ya bildirilib ki, konfransın proqramı əsasən qədim Şumer, Misir, Yunan və Maya astronomiyası və müasir dövrlərdə dənizçilikdə istifadə olunan qədim naviqasiya üsulları, dünya xalqlarının mədəniyyətlərindəki təcrübi astronomiya mövzuları haqqındadır.

Konfransda Avropa ölkələrinin arxeoastronomları ilə yanaşı, Hindistan, Rusiya, Qazaxıstan, Gürcüstan və İrandan olan tədqiqatçılar da iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR