Bank Of Baku

Azərbaycan Qazaxıstanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar keçirilən beynəlxalq foruma qatılıb

Azərbaycan Qazaxıstanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar keçirilən beynəlxalq foruma qatılıb
# 27 avqust 2011 14:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. TÜRKSOY və Şərqi Qazaxıstan vilayətinin birgə təşkilatçılığı ilə Ust-Kamenoqorskda Qazaxıstanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi ilə əlaqədar beynəlxalq forum keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, forum çərçivəsində “Altay-türk dünyasının qızıl beşiyi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans və türkdilli xalqların etnik musiqi festivalı təşkil olunub.

Adı çəkilən tədbirdə iştirak etmək üçün AMEA-nın Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi Etibar İnanc və aşıq Altay Məmmədov Ust-Kamenoqorsk şəhərindədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR