Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrında 84-cü teatr mövsümünün başlanması ilə əlaqədar geniş müşavirə keçirilib

Dövlət Gənc Tamaşaçılar Teatrında 84-cü teatr mövsümünün başlanması ilə əlaqədar geniş müşavirə keçirilib
# 01 sentyabr 2011 15:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 84-cü teatr mövsümünün başlanması ilə əlaqədar teatrın kollektivinin iştirakı ilə geniş müşavirə keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni teatrın rəhbəri, əməkdar artist Mübariz Həmidov açıb və kollektivi məzuniyyətdən sonra işə başlaması, Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib. Daha sonra M. Həmidov 83-cü teatr mövsümdə teatrın fəaliyyəti və həmin ildə əldə olunan uğurları haqqında ətraflı məlumat verib, yeni - 84-cü teatr mövsümdə qarşıda duran vəzifələr və Bakıda keçiriləcək beynəlxalq teatr tədbirləri haqqında məlumat verib. O qeyd edib ki, ilin sonunadək teatrsevərlərə daha 3 yeni tamaşa hazırlanaraq, təhvil veriləcək. Daha sonra teatrın rəhbəri məzuniyyət müddəti ölkə başçısının sərəncamı ilə fəxri adlara layiq görülmüş teatr əməkdaşlarını və sentyabrın 1-də ad günlərini qeyd edən aktyorları təbrik edib.

M. Həmidov teatrın kollektivinə yeni teatr mövsümündə uğurlar arzulayaraq, sentyabrın 24-dən kollektivin tamaşaçılarla görüşə gələcəyini bildirib. Qeyd edək ki, yeni mövsümün ilk premyerası xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası olacaq. Tamaşa sentyabrın 25-də nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR