Bank Of Baku

“Miras” filmi Tatarıstanda keçiriləcək beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək

“Miras” filmi Tatarıstanda keçiriləcək beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək
# 05 sentyabr 2011 07:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi sentyabrın 6-dan 11-dək Tatarıstanın Kazan şəhərində keçiriləcək VII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. Bu barədə APA-ya məlumat verən rejissor bildirib ki, film sentyabrın 10-da “Grand Cinema” kinoteatrında nümayiş olunacaq. Festivalda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxıstan, ABŞ, Almaniya, Hindistan, Misir və digər ölkələrin filmləri nümayiş olunacaq.
Xatırladaq ki, “Miras” sənədli filmi bir çox beynəlxalq müsabiqələrdə uğur qazanıb. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” studiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR