Bank Of Baku

Ramiz Quliyev Kanadada konsert verib

Ramiz Quliyev Kanadada konsert verib
# 05 sentyabr 2011 07:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı, tarzən Ramiz Quliyev Kanadanın Toronto və Ontario şəhərlərində geniş konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, konsertlər nüfuzlu Niaqara Beynəlxalq Musiqi Festivalı (Music Niagara 2011) çərçivəsində gerçəkləşib.

R. Quliyevin festival zamanı nümayiş etdirdiyi ifa yerli dinləyicilər və tanınmış musiqiçilər tərəfindən böyük maraqla qarşılanıb. Avqustun 26-da Müqəddəs Mark Kilsəsində gerçəkləşən qala-konsertdə Ramiz Quliyevi Kanadanın Niaqara “İpək Yolu” simfonik orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri və dirijoru İsmayıl Hacıyevdir. R. Quliyevlə bərabər həmin gecə Niaqara Festivalının bədii rəhbəri Atis Bankas, Jefri Verbok, Televiziya Muğam Müsabiqəsinin laureatı Ehtiram Hüseynov, əməkdar artist Həsən Enami, müğənni Yusif Savalan, “Gelato” kvarteti və pianoçu Riad Məmmədov da çıxış ediblər.

Növbəti konsert Torontoda “Muğam Mərkəzinin” açılışına təsadüf edib. Muğam Mərkəzi Azərbaycanın Kanadadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə yaradılıb.

Səfərin sonuncu günü Torontoda Azərbaycan Elmi-Tədqiqat İnstitutunun açılış mərasimi keçirilib. İnstitutun təqdimatında Azərbaycanın tanınmış elm, siyasət və mədəniyyət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR