Bank Of Baku

Bakıda II Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Bakıda II Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
# 05 sentyabr 2011 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Əl Oyunları Sarayında II Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarmarkasının sentyabrın 28-dən 30-na kimi keçirilməsi nəzərdə tutulub.

Bu tədbirlə əlaqədar sentyabrın 6-da mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyevin iştirakı ilə ölkədə fəaliyyət göstərən çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüş keçiriləcək. Görüşdə Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri, nəşriyyat işinin digər aktual məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR