Bank Of Baku

Azərbaycan Dövlət Opera və Balet Teatrında Motsartın “Sehirli fleytası”nın premyerası keçiriləcək

Azərbaycan Dövlət Opera və Balet Teatrında Motsartın “Sehirli fleytası”nın premyerası keçiriləcək
# 05 sentyabr 2011 14:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 24-də Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Motsartın “Sehirli fleyta” operasının premyerası keçiriləcək. Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu opera Azərbaycanda ilk dəfə səhnəyə qoyulur. Quruluşun məqsədi opera sənəti həvəskarlarını Motsart yaradıcılığının və dünya opera sənətinin incilərindən olan bu opera ilə tanış etməkdir.

Əsərin bütün not materialları - partitura, klavir və orkestr səsləri Azərbaycan Opera və Balet Teatrına Münhen Opera Sənəti Festivalının rəhbərliyi tərəfindən təqdim edilib. Azərbaycan Opera və Balet Teatrı binasının yaxın zamanlarda təmir və bərpa üçün bağlanacağını nəzərə alaraq teatr rəhbərliyi dekorasiyaların hazırlanmasına əlavə vəsait sərf etməmək üçün tamaşanı konsert variantında səhnəyə qoymağı məqsədəuyğun hesab edib. Çünki təmirdən sonrakı yeni səhnənin ölçüləri hazırki ölçülərdən kəskin fərqli olacaq.

Tamaşada teatrın ən istedadlı vokalçıları - əməkdar artistlər Əli Əsgərov (Zarasto), Gülnaz İsmayılova (Gecələr şahzadəsi), İnarə Babayeva (Pamina), gənc solistlər Fərid Əliyev (Tamino), İlham Nəzərov (Papageno), Fəridə Məmmədova, Səbinə Vahabzadə, Səbinə Əsədova (pərilər) və b. iştirak edirlər. Opera orijinal dilində - alman dilində səslənəcək. Tamaşanı əməkdar incəsənət xadimi, professor Yalçin Adıgözəlov idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR