Bank Of Baku

Mədəniyyət və turizm nazirinin I müavini çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüş keçirib – FOTO

Mədəniyyət və turizm nazirinin I müavini çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüş keçirib – <font color=red>FOTO </font>
# 06 sentyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçiriləcək II Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunacaq. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev Milli Kitabxanada çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə təşkil olunan görüşdə deyib. Görüşdə sərgi-yarmarkaya hazırlıq işləri ilə yanaşı, nəşriyyat işinin digər aktual məsələləri də müzakirə mövzusu olub.

Vaqif Əliyev bildirib ki, 2 ildən bir Bakıda təşkil edilən beynəlxalq kitab sərgi-yarmarkaları kitab evləri, nəşriyyat-poliqrafiya müəssisələri ilə bağlı bir çox məsələləri həll etmək üçün böyük əhəmiyyət daşıyır. Yarmarkaya hazırlıq işlərindən danışan V. Əliyev, builki yarmarkanın keyfiyyət və məzmun baxımından birincidən fərqlənəcəyini açıqlayıb. Yarmarka çərçivəsində müxtəlif konfranslar, simpoziumlar, təqdimat mərasimləri, müəlliflərlə görüşlər təşkil olunacaq.

Nazir müavini sərgi-yarmarkada iştirak etmək üçün bir çox ölkələrə təklif göndərildiyini, artıq bir sıra ölkələrin bu tədbirdə iştirakının təsdiqləndiyini və bu siyahının artacağını vurğulayıb.

Nəşriyyat və çap-poliqrafiyaların ƏDV ödəməsi ilə əlaqəli çətinliklərinə gəlincə, V. Əliyev bəyan edib ki, gələcəkdə bu problemə baxıla bilər: “Onların çətinliklərindən xəbərimiz var. Amma qanun qanundur. Nəşriyyat və poliqrafiyalar da həmin qanunlarla işləyir. Amma gələcəkdə bu məsələyə baxıla bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR