Bank Of Baku

Musiqili Komediya Teatrı 102-ci mövsümü Üzeyir Hacıbəylinin “Ər və Arvad” tamaşası ilə açacaq

Musiqili Komediya Teatrı 102-ci mövsümü Üzeyir Hacıbəylinin “Ər və Arvad” tamaşası ilə açacaq
# 06 sentyabr 2011 11:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 102-ci mövsümü Üzeyir Hacıbəylinin “Ər və Arvad” tamaşası ilə açacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterləri Zakir və Leyla Ağayevlər, xormeysteri Vaqif Məstanovdur.

Rollarda xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, İlham Əhmədov, əməkdar artist Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Hüseyn Əlili cıxış edəcəklər. Tamaşanın nümayişi Dənizçilərin Mədəniyyət Evində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR