Bank Of Baku

“Nizami” kinoteatrında tamamlanma işləri aparılır

“Nizami” kinoteatrında tamamlanma işləri aparılır
# 06 sentyabr 2011 12:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Nizami” kinoteatrında aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov deyib. O bildirib ki, kinoteatrın açılış mərasimi bu ilin sonuna kimi həyata keçiriləcək: ““Nizami” kinoteatrında çox gözəl işlər görülüb və hər şey olduqca yüksək səviyyədədir. Hazırda kinoteatrda tamamlanma işləri aparılır və yaxınlarda tamaşaçıların üzünə açıq olacaq. Kinoteatrda Azərbaycan filmlərinin nümayişini də təşkil edəcəyik və əminik ki, müasir standartlara cavab verən “Nizami” kinoteatrı paytaxt əhlinin ürəyindən xəbər verəcək”.

Əlavə edək ki, 600 nəfərlik tamaşaçı tutumuna malik kinoteatrda ümumilikdə 5 zal fəaliyyət göstərəcək.

“Nizami” kinoteatrı 2008-ci ilin sentyabrından təmirə dayanıb. Bakının mərkəzindəki bu kinoteatrda təmir işləri “Azərbaycanda kinonun inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

1940-cı ildə tikilən kinoteatra Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə onun adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR