Bank Of Baku

Akademik Milli Dram Teatrı Yaltada keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Yaltada keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
# 07 sentyabr 2011 11:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan teatrı sentyabrın 15-də Yalta şəhərində başlanacaq “Teatr. Çexov. Yalta-2011” şüarı altında təşkil edilən sənət bayramında təmsil olunacaq. APA-nın məlumatına görə, Çexov adına Yalta Teatrında açılacaq festivalda Azərbaycan Akademik Milli Dram Teatrının kollektivi də iştirak edəcək.
Yaradıcı heyət ukraynalı sənətsevərlər qarşısında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirəcək. Səhnə əsərində Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ön plana çəkilib. Rejissor Bəhrəm Osmanovun quruluş verdiyi tamaşada baş rolları xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva ifa edir.
Qeyd edək ki, Yalta Teatr Festivalına Böyük Britaniya, İsrail, İspaniya və Rusiya daxil olmaqla, dünyanın 11 məşhur teatr kollektivləri qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR