Bank Of Baku

Zaqatalada “Tarixi şəhərlərdə mədəni irsin bərpası” mövzusunda seminar-treninq keçirilir

Zaqatalada “Tarixi şəhərlərdə mədəni irsin bərpası” mövzusunda seminar-treninq keçirilir
# 07 sentyabr 2011 11:48 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada “Tarixi şəhərlərdə mədəni irsin bərpası” mövzusunda seminar-treninq keçirilir. APA-nın yerli bürosunun verdiyi məlumata görə, layihə Avropa Şurasının "Kiyev təşəbbüsü regional proqramı" çərçivəsində həyata keçirilir. Təlimdə Avropa Şurasının Fransadan olan eksperti Bernardo Buzo, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Arif Əliyev, eləcə də Azərbaycanın Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarından olan nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının humanitar məsələlər üzrə müavinləri, baş memarlar, rayon mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak edir. Üç gün davam edəcək tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, layihədə Azərbaycan tərəfindən təmsil olunan on rayonun mədəni irs və şəhərsalma üzrə ixtisaslaşan mütəxəssisləri, eləcə də Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğundan dəvət edilmiş ekspertlərin iştirakı ilə ölkəmizin regionlarında mədəni irs amilini əsas götürməklə mədəni turizm infrastrukturunun inkişafı məsələləri araşdırılacaq. Layihəyə əsasən milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin və onların ətraf mühitinin abidələr və ərazinin yenidənqurma və təkrar işlənməsi vasitəsilə canlandırılması, eləcə də davamlı sosial və iqtisadi inkişafı üçün strateji inkişaf planının həyata keçirilməsi üçün köməyin göstərilməsi daxildir. Qeyd edək ki, Avropa Şurası və Avropa İttifaqının birgə maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycanla yanaşı, Ukrayna, Moldova və Gürcüstan iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR