Bank Of Baku

Vyana Dövlət Kamera Orkestri Bakıda çıxış edəcək

Vyana Dövlət Kamera Orkestri Bakıda çıxış edəcək
# 08 sentyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 20-21-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Vyana Dövlət Kamera Orkestrinin konsertləri keçiriləcək. APA-nın məlumatına görə, bu, məşhur musiqi kollektivinin Azərbaycana ilk səfəridir. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq orkestrin konsertlərində dirijorluğu beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev edəcək. Festivalın əsas təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR