Bank Of Baku

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi müəssisələrdə çalışan bir sıra əməkdaşlara aşkar olunmuş nöqsanlara görə xəbərdarlıqlar edib

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi müəssisələrdə çalışan bir sıra əməkdaşlara aşkar olunmuş nöqsanlara görə xəbərdarlıqlar edib
# 09 sentyabr 2011 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 9-da H. Sarabski adına Mədəniyyət Mərkəzində müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin iclası keçirilib. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev ilk əvvəl sentyabrda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan bütün mədəniyyət müəssisələrində idarə tərəfindən monitorinqlərin keçirilməsi haqqında məlumat verib. Monitorinqin nəticələrinə görə imzalanmış əmri idarənin mədəni-kütləvi işlər, mədəniyyət evi, kitabxanalar və muzey işi sektorunun məsləhətçisi Tomris Hacıyeva iclas iştirakçılarının diqqətinə çatdırıb. Əmrdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrdə çalışan bir sıra əməkdaşlara aşkar olunmuş nöqsanlara görə xəbərdarlıqlar edilib. Daha sonra müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə olunub. Qeyd olunub ki, idarənin nəzdində fəaliyyət göstərən MKS öz rayonunda kitab sərgisi təşkil edəcək, həmçinin bu münasibətlə Direktorlar Şurası və digər mədəniyyət müəssisələrinin tədbirləri keçiriləcək.

İclasda həmçinin “Turizm ili” ilə bağlı keçiriləcək tədbirlərin davam etdirilməsi, “Gənc turist” klublarının Azərbaycanın müxtəlif bölgələrinə ekskursiyalarından da söhbət açılıb. Bildirilib ki, ilin sonunda “Turizm ili” ilə bağlı ən çox tədbir keçirən mədəniyyət müəssisəsi “İlin ən fəal müəssisəsi” elan olunacaq. Müəssisələrdə sanitar-gigiyena, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi haqqında ciddi tapşırıqlar verilib.

İclasda “2011-2013-cü illər üzrə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mədəniyyət sahəsində həyata keçiriləcək tədbirlər planına uyğun işlərin davam etdirilməsi də qeyd olunub.

Gələn il artıq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Mədəniyyət Mərkəzlərinin internet saytlarının yaradılması nəzərdə tutulur.

Sonda növbəti 2012-ci iş ili üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR