Bank Of Baku

Gəncədə yeni filarmoniyanın tikintisinə başlanılıb

Gəncədə yeni filarmoniyanın tikintisinə başlanılıb
# 10 sentyabr 2011 10:02 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə yeni filarmoniyanın tikintisinə başlanılıb. Yeni bina qəza vəziyyətində olan “Bakı” kinoteatrının yerində tikiləcək. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Məlumat verilib. Artıq Bakı kinoteatrın binasında sökmə işlərinə başlanılıb. Sökmə işləri başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyin keçirdiyi tenderin qalibi müəyyən edilib, tikinti işləri üçün 26 milyon manat vəsait ayrılıb. Yeni tikiləcək bina müxtəlif otaqlardan və 800 nəfər tutumu olan zaldan ibarət olacaq. Burada xalq çalğı alətləri ansamblı, rəqs qrupları fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR