Bank Of Baku

Qırğızıstanda keçirilən beynəlxalq festivalın qapanış mərasimdə Üzeyir Hacıbəylinin “Uvertüra”sı səslənib

Qırğızıstanda keçirilən beynəlxalq festivalın qapanış mərasimdə Üzeyir Hacıbəylinin “Uvertüra”sı səslənib
# 12 sentyabr 2011 11:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Qırğızıstanın Milli Akademik Opera və Balet Teatrında “Beynəlxalq İncəsənətlər Akademiyası” Festivalının təntənəli bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, festivalda Rusiya, Azərbaycan, Qırğızıstan, Moldova və Ukraynadan dəvət olunmuş tanınmış incəsənət xadimləri iştirak ediblər.

Festivalın proqramında müxtəlif konsert axşamları, yaradıcılıq gecələri, habelə ustad sinifləri olub. Təntənəli qapanış mərasimində beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə A. Cumaxmatov adına Qırğızıstanın Dövlət Akademik Simfonik Orkestri çıxış edib. Konsert dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Gülşən Konuşevanın F. Şopenin fortepiano ilə orkestr üçün 1 saylı konsertinin özünəməxsus ifası tamaşaçıları heyran edib. Birinci şöbənin sonunda Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının solisti, tanınmış müğənni Sadırbek Jumaşov C. Puççinin “Toska” və “Turandot” operalarından ariyaları ifa edib. Konsertin sonunda isə Çaykovskinin 5-ci simfoniyası səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR