Bank Of Baku

Azərbaycanlı pianoçular Bolqarıstanda keçirilən müsabiqədə uğur qazanıblar

Azərbaycanlı pianoçular Bolqarıstanda keçirilən müsabiqədə uğur qazanıblar
# 12 sentyabr 2011 13:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) orta ixtisas məktəb-studiyasının tələbələri Bolqarıstanda keçirilən beynəlxalq müsabiqədə iştirak ediblər. BMA-dan APA-ya verilən məlumata görə, Vüsalə Babayeva və Anna Biryukova müsabiqədə uğur qazanıblar. Bu, BMA şagirdlərinin hər il Dobriç şəhərində keçirilən Beynəlxalq Gənc İfaçıların “Ümidlər. İstedadlar. Bacarıqlar” müsabiqəsində sayca üçüncü qələbəsidir.

XVI Beynəlxalq Gənc ifaçıların “Ümidlər. İstedadlar. Bacarıqlar” müsabiqəsində Avropadan, Asiyadan, Şimali və Cənubi Amerikadan, Avstraliyadan olan musiqiçilər iştirak edib. Pianoçularımız Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, əcnəbi musiqiçilərin marağına səbəb olan Azərbaycan bəstəkarları Arif Məlikov və Qara Qarayevin əsərlərini də ifa ediblər. Vüsalə Babayeva müsabiqədə ikinci yaş qrupu üzrə (12-14 yaş) birinci olub. Üçüncü yaş qrupunda Azərbaycanı təmsil edən Anna Biryukova isə üçüncü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR