Bank Of Baku

Gürcüstan paytaxtında Qara Qarayev və gürcü bəstəkarı Aleksi Maçavarianinin əsərlərindən ibarət konsert olacaq

Gürcüstan paytaxtında Qara Qarayev və gürcü bəstəkarı Aleksi Maçavarianinin əsərlərindən ibarət  konsert olacaq
# 12 sentyabr 2011 14:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstan paytaxtında məşhur Azərbaycan bəstəkarı Qara Qarayev və gürcü bəstəkarı Aleksi Maçavarianinin əsərlərinin səslənəcəyi konsert olacaq”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikoloz Rurua deyib. O bildirib ki, hər iki bəstəkar uzun illər dost olub: “Konsertə Azərbaycandan da nümayəndə heyəti gələcək. Azərbaycan Konservatoriyasının rektoru da bu nümayəndə heyətinə daxildir. O, Tiflisdə gürcü həmkarı ilə görüşəcək və mənim şəxsi qonağım olacaq. Biz Azərbaycanla çox sıx dostluq şəraitində fəaliyyət göstəririk. Bu yaxınlarda mən Azərbaycanda olanda həmkarım Əbülfəs Qarayevlə Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və digər vacib məsələlər barədə ətraflı danışıqlar apardıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR