Bank Of Baku

Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək
# 13 sentyabr 2011 08:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 18-dən 30-na kimi Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalın təşkilatçısı Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm Nazirliyidir. Nazirlikdən APA-ya verilən məlumata görə, builki festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunur. III Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Hollandiya, Avstriya, Cənubi Koreya, Rusiya, Almaniya və Macarıstan musiqiçiləri də iştirak edəcək.

Festivalın açılış mərasimi Ü. Hacıbəylinin doğum günündə - sentyabrın 18-də Filarmoniyada olacaq. Həmin gün Elnarə Kərimovanın rəhbərlik etdiyi “Buta” kamera xoru çıxış edəcək. Festival çərçivəsində sentyabrın 19-da Azərbaycan Akademik Opera və Balet Teatrında Yekaterinburq Akademik Opera və Balet Teatrının ifasında Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunacaq.

Sentyabrın 20-də M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Müslüm Maqomayev. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçiriləcək.

Festival sentyabrın 30-da Filarmoniyada keçiriləcək Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) konserti ilə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR