Bank Of Baku

Milli Kitabxanada Azərbaycanda səfərdə olan Çexiya Milli Kitabxanasının direktorunun iştirakı ilə dəyirmi masa keçirilib – FOTO

Milli Kitabxanada Azərbaycanda səfərdə olan Çexiya Milli Kitabxanasının direktorunun iştirakı ilə dəyirmi masa keçirilib – <font color=red>FOTO </font>
# 13 sentyabr 2011 12:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycanda səfərdə olan Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohm və Azərbaycanın aparıcı kitabxanalarının rəhbərlərinin, eləcə də mütəxəssislərinin iştirakı ilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd Azərbaycan Milli Kitabxanası ilə Çexiya Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlığın yaradılmasıdır. Kitabxananın direktorunun sözlərinə görə, dəyirmi masada
əməkdaşlığın perspektivləri, kitab, informasiya və təcrübə mübadilələri, bununla yanaşı əlyazmaları sahəsində olan qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq.

K. Tahirov çıxışında onu da bildirib ki, sabah qarşılıqlı əməkdaşlıq haqqında memorandumun şərtləri müzakirə olunacaq və bu ilin sonuna kimi sənədin Çexiyada təsdiq olunması və imzalanması gözlənilir. Kitabxana rəhbəri sabah Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohmun Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcəyini də əlavə edib. Daha sonra çıxış edən Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohm Çexiya kitabxanasında Azərbaycana dair çoxlu sayda əlyazmaların mövcud olduğunu deyib: Qonağın fikrincə, qarşılıqlı əlaqələrin yaradılması hər iki xalqın mədəni əlaqələrinin inkişafı üçün olduqca əlverişlidir.

Tədbirdə daha sonra Azərbaycanın aparıcı kitabxanalarının rəhbərləri və mütəxəssisləri fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR