Bank Of Baku

Əbülfəs Qarayev Səməd Səmədova “xalq artisti” adı verilməsi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib

Əbülfəs Qarayev Səməd Səmədova “xalq artisti” adı verilməsi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib
# 14 sentyabr 2011 11:03 (UTC +04:00)
Onların hamısının yaşamağa və dəyərləndirilməyə haqqı var. Azərbaycanın hər bir yaradıcı şəxsiyyəti bizim üçün əzizdir. Cənab prezidentin qəbul etdiyi qərarlar hər kəsin yaradıcılığına verilən bir qiymətidir. Kiməsə əməkdar artist, kiməsə xalq artisti, kiməsə təqaüd verilir. Bütün bu qərarlara hörmətlə yanaşmaq lazımdır. Çünki hər bir insan öz yaradıcılığının bəhrəsini görür”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müğənni Ağasəməd Səmədovun bir neçə gün bundan əvvəl “Xalq artisti” fəxri adına layiq görülməsi ilə bağlı bəzi sənətçilər arasında narazılıqların yaranmasına münasibət bildirərkən deyib.

Nazir eləcə də bu cür narazılıqla bağlı şərh vermək istəyində olmadığını vurğulayıb: “Mən bu çıxışlara şərh vermək niyyətində deyiləm. Birincisi, cənab prezidentin sərəncamı var, heç kim bunu şübhə altına almamalıdır. Qərar verilib və bu, düzgün qərardır. Mən Səməd Səmədovu təbrik edirəm və ona yeni yaradıcılıq uğurları diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR