Bank Of Baku

“Azərbaycanfilm” Kinostudiyasının layihələndirilməsi üçün müqavilə imzalanacaq

“Azərbaycanfilm” Kinostudiyasının layihələndirilməsi üçün müqavilə imzalanacaq
# 14 sentyabr 2011 11:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının yenidən qurulması ilə bağlı ilkin danışıqlar gedir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlavə edib ki, ilin sonuna kimi bu barədə müqavilə imzalanacaq: “Biz bu ilin sonuna qədər kinostudiyanın layihələndirilməsinin başlanması üçün müqavilə imzalayacağıq. Uzun müddətdir gözlənilən bu məkanın bərpası başlanacaq”.

Azərbaycan Dövlət Opera və Balet Teatrının əsaslı təmirinə gəlincə, Ə. Qarayev 2 il müddətində hazırlanan layihənin son variantda oktyabrda onlara təqdim olunacağını açıqlayıb. Məhz bundan sonra Opera və Balet Teatrında əsaslı təmir işlərinin başlanacağı tarix açıqlanacaq.

Ə. Qarayev yenidən qurulan “Nizami” kinoteatrının oktyabr-noyabr ayında ictimaiyyətin üzünə açılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR