Bank Of Baku

Əli Əmirlinin “Varlı qadın” komediyası Qazaxıstan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulur

Əli Əmirlinin “Varlı qadın” komediyası Qazaxıstan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulur
# 14 sentyabr 2011 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Qazaxıstanın Akmola vilayətinin Kokşetau şəhərindəki Şahmet Xusainov adına Qazaxıstan Dövlət Musiqili Dram Teatrında Əli Əmirlinin “Varlı qadın” komediyası qazax dilində tamaşaya qoyulub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komediyanın quruluşçu rejissoru F. Kanafin bu əsərə müraciət etməsinin səbəbini belə izah edib: “Əli Əmirlinin pyesinin mövzusu puldur. Biz də bunu əsas götürərək tamaşada məhz bu ideyanı qabartmağa çalışmışıq: pul, sərvət əldə etmək üçün hər şeyə hazır olan və bu yolda bir çox insani dəyərləri itirməyə hazır insanların mənəvi yoxsulluğunu göstəririk”.

Pyesi qazax dilinə Yerbolat Bayat tərcümə edib. Bu tamaşa Qazaxıstan teatrlarının “Varlı qadın”a ikinci müraciətidir. Ötən il ölkənin paytaxtı Astana şəhərində yerləşən M. Qorki adına Rus Dram Teatrı bu əsəri özünün 110 illik yubiley repertuarına daxil etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR