Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi uşaq cizgi filmləri müsabiqəsi elan edib

Mədəniyyət və Turizm Nazirliyi uşaq cizgi filmləri müsabiqəsi elan edib
# 14 sentyabr 2011 12:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyi sentyabrın 15-dən dekabrın 15-dək bir dəqiqəlik uşaq cizgi filmləri müsabiqəsi elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclər arasında cizgi kinosu sahəsində yaradıcılıq fəaliyyətini canlandırmaq və dövlət sifarişi ilə müasir texnologiyalarla çəkilən filmlərin istehsalını genişləndirməkdir. Müsabiqədə animasiya kinosu ilə məşğul olan şəxslər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan filmlərə işlənmə texnikası üzrə məhdudiyyət qoyulmur. Müsabiqə iştirakçıları münsiflər heyəti tərəfindən baxılmaq üçün DVD diskə köçürülmüş film və müəllifin adı, soyadı, əlaqə telefonları qeyd edilmiş sənəd təqdim etməlidirlər. Müsabiqəyə təqdim olunan materiallar Mədəniyyət və Turizm Nazirliyinin ünvanına göndərilməlidir. Müsabiqənin qalibləri üçün - I yeri qazanan filmin müəllifi 2012-ci ildə on dəqiqəlik, II yeri qazanan filmin müəllifi isə gələn il beş dəqiqəlik cizgi filmi çəkmək hüququ qazanacaq.

Qaliblərin adları dekabrın 28-dək açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR