Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı Sankt-Peterburqda keçiriləcək beynəlxalq festivala dəvət alıb

Gənc Tamaşaçılar Teatrı Sankt-Peterburqda keçiriləcək beynəlxalq festivala dəvət alıb
# 14 sentyabr 2011 13:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II “ArtOkraina” Beynəlxalq Teatr festivalına dəvət alıb. Teatrdan APA-ya verilən məlumata görə, Polşa, Ukrayna, Belarus, Almaniya, İsveç və digər ölkələrin də qatılacağı Beynəlxalq Teatr Festivalında Azərbaycanı əməkdar artist, “Qızıl Dərviş” mükafatı laureatı, prezident mükafatçısı Şövqi Hüseynov P. Zyüskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək.

Tamaşanın quruluşçu rejissoru mərhum rejissor, xalq artisti İrina Perlovadır. “Kontrabas” tamaşası 15 ildir oynanılır və dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafata layiq görülüb.

II “ArtOkraina” Beynəlxalq Teatr Festivalı 14-21 noyabr tarixləri arasında keçiriləcək. “Kontabas” tamaşasının nümayişi noyabrın 16 -na təyin olunub. Səfərin maliyyə dəstəyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR