Bank Of Baku

Yuğ Dövlət Teatrı 23-cü mövsümünü “Kafkadan salam!” tamaşası ilə açır

Yuğ Dövlət Teatrı 23-cü mövsümünü “Kafkadan salam!” tamaşası ilə açır
# 14 sentyabr 2011 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Yuğ Teatrı sentyabrın 17-də 23-cü mövsümünü “Kafkadan salam!” tamaşası ilə açacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tamaşa Yuğ Dövlət Teatrının sayca 74-cü tamaşasıdır. Mərhum rejissor Vaqif İbrahimoğlu tamaşanı ölümündən əvvəl Frans Kafkanın “Hökm” novellasının motivləri əsasında hazırlayıb.

Tamaşada F. Kafkanın avtobioqrafiyasına və yaradıcılığına istinad edilib. Tamaşanın quruluşçu rejissoru mərhum Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Umay, musiqi tərtibatı Samir Mehdiyev, rejissor assistenti Ər Toğruldur. Tamaşada rolları Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, Vidadi İsmayıl, İlahə Həsənli, Hikmət Rəhim, Ruslan Şöhrətoğlu ifa edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR