Bank Of Baku

Braziliyada “Qobustan qayaüstü incəsənətinin arxeoloji landşaftı” mövzusunda məruzə oxunub

Braziliyada “Qobustan qayaüstü incəsənətinin arxeoloji landşaftı” mövzusunda məruzə oxunub
# 14 sentyabr 2011 16:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Braziliya Federativ Respublikasının Florianpolis şəhərində İbtidai elmlər üzrə XVI ümumdünya elmi konqresi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev, “Qobustan” milli tarix-bədii qoruğunun direktoru Məlahət Fərəcova və “Yanardağ” dövlət tarix-bədii qoruğunun direktoru Malik Fətullayev təmsil ediblər.

Dünyanın bir çox ölkələrindən nümayəndənin iştirak etdiyi konqresdə abidələrin mühafizəsi işinin yeni standartları, qayaüstü incəsənət, arxeoloji irsin inkişafında informasiya texnologiyalarının tətbiqi istiqamətlərində 50-yə qədər sessiya keçirilib. “Qobustan” milli tarix-bədii qoruğunun direktoru M. Fərəcova Arxeoloji irs siyasəti və idarəçilik mövzusu üzrə keçirilən sessiyada “Qobustan qayaüstü incəsənətinin arxeoloji landşaftı” mövzusunda məruzə ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR