Bank Of Baku

Bu il Azərbaycanda yeni teatr mövsümünün təntənəli açılış mərasimi təxirə salınıb

Bu il Azərbaycanda yeni teatr mövsümünün təntənəli açılış mərasimi təxirə salınıb
# 15 sentyabr 2011 12:26 (UTC +04:00)
APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu il Azərbaycan teatrının 139-cu mövsümünün təntənəli açılış mərasiminin sentyabrın 20-dən sonra keçirilməsi qərara alınıb: “Qərara gəldik ki, bu il mövsüm açılışını yeni əsaslı təmir olunmuş Mingəçevir Dövlət Dram Teatrının qarşısında keçirək. Bu tarix hələ tam dəqiqləşməsə də, sentyabrın 20-dən sonrası üçün nəzərdə tutulur. Amma buna baxmayaraq istər paytaxt, istərsə də bölgə teatrları sentyabrın 17-dən başlayaraq artıq tamaşa nümayişinə başlayacaqlar”. Bu mövsümün teatrlar üçün yaddaqalan olacağını qeyd edən nazir bildirib ki, təntənəli açılış mərasimi üçün maraqlı proqram nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR