Bank Of Baku

Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycana həsr edilmiş sərginin açılışı olub

Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycana həsr edilmiş sərginin açılışı olub
# 15 sentyabr 2011 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində sərgi keçirilib. APA-nın məlumatına görə, ekspozisiyada rusiyalı rəssam-fotoqraf İrina Zaqovorçevanın Azərbaycana həsr edilən əl işləri nümayiş olunub. O, Azərbaycanın əsrarəngiz təbiət mənzərələrini əks etdirən 20 qrafik, 20 foto əsərini sənətsevərlərə təqdim edib. Tədbirdə çıxış edən rejissor Eldar Quliyev, heykəltəraş Ömər Eldarov ölkəmizin rəngarəg guşələrinin bütün sənət əsərlərinə bəzək olduğunu vurğulayıblar.

Qeyd edək ki, Moskva Dövlət Universitetini bitirən İrina Zaqovorçevanın bu vaxta qədər 60-dan çox fərdi yaradıcılıq sərgisi keçirilib. Onun əsərləri Moskva, Bakı, Paris muzeylərində saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR