Bank Of Baku

Gəncədə Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş yubiley tədbirlərinə hazırlıq davam edir

Gəncədə Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş yubiley tədbirlərinə hazırlıq davam edir
# 16 sentyabr 2011 08:52 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhər İcra Hakimiyyətində Nizami Gəncəvinin yubileyinə hazırlıq ilə əlaqədar növbəti iclas keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, reallaşan yığıncaqda yubileylə əlaqədar həyata keçiriləcək tədbirlərin qrafiki və məzmunu müzakirə olunub. Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev çıxış edərək bildirib ki, bu ayın ikinci yarısında yubiley tədbirləri çərçivəsində şəhərin təhsil ocaqlarında geniş tədbirlərə start veriləcək.

Şəhər üzrə tədbirlər isə oktyabrın ilk yarısında gerçəkləşəcək. Oktyabrın 1-də Nizami Gəncəvinin məqbərəsi ətrafında, şairin şəhərdəki heykəlinin qarşısında, Xan bağında geniş proqramlı kompozisiyalar təşkil olunacaq, günün sonunda isə poeziya teatrında “7 məhbusun şikayəti” tamaşası nümayiş olunacaq. Tədbirlərin ikinci günündə mərkəzi meydanda Bakıdan gələn tanınmış müğənnilərin və yerli incəsənət adamlarının iştirakı ilə geniş konsert proqramı olacaq. Gəncədə reallaşacaq tədbirlərə müxtəlif ölkələrdən qonaqlar, xarici ölkələrin Azərbaycandakı səfirləri, respublikanın digər tanınmış elm və sənət adamları da qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR