Bank Of Baku

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib - FOTO

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib - <font color=red>FOTO</font>
# 17 sentyabr 2011 16:08 (UTC +04:00)
Bakı-APA. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü ilə əlaqədar Serbiyanın Novi Sad şəhərində “Üzeyir Hacıbəyli Memorialı” ziyarət olunub. Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, ziyarətdə səfirliyin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak edib.
Tədbir iştirakçıları Üzeyir Hacıbəylinin xatirəsini yad edərək, dahi bəstəkarın büstü qarşısına gül-çiçək dəstələri qoyub, onun həyat və yaradıcılığından bəhs ediblər. Tədbirdə həmçinin Novi Sad şəhər Meriyasının və ictimaiyyətinin nümayəndələri iştirak edib.

“Üzeyir Hacıbəyli Memorialı” Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Dunay çayı üzərindəki “Sahilyanı park”da yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR